Xalq artisti Günlyaz Məmmədova əməkdar artist Elnarə Abdullayevanın “Oğluma müğənni almaram” sözlərinə qarşı çıxıb. Lent.az-ın məlumat...
Xalq artisti Günlyaz Məmmədova əməkdar artist Elnarə Abdullayevanın “Oğluma müğənni almaram” sözlərinə qarşı çıxıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan xalq artisti əməkdar artistin fikirləri ilə razı olmadığını deyib: “Oğlumun müğənni ilə ailə qurmasını niyə istəməyim ki? "Oğluma müğənni qız almaram" sözünü mənim tələbə yoldaşım Elnarə Abdullayeva işlətmişdi. Bu, mənim sevmədiyim kəlmədi. Bu, onun öz fikridi. Yəqin, bu sənətdə əzab çəkib. Yəqin, istəyib gəlini evdar olsun. Mənim oğlum müğənni qız istəsə, uzlaşsalar, alaram. Mənim özüm də bu sənətin içindəyəm. Bu sənət gözəldir. Bu aləmin içində şəxsi həyatını özün qura bilmirsənsə, səhvlərə yol verirsənsə, sənətin burda nə günahı var?".