Sıradaki
5
İptal
Oynatıcı yükleniyor...

Bitməz Həyat, Gəlməz Ölüm Şiiri

  • 29 Kasım 2016, Salı - 20:40 tarihinde eklendi.
  • Kategori Müzik

  • Bitməz həyat, gəlməz ölüm.


    Kipriyimlə qor götürüb,
    Həsrət dolu baxışımla taleyimə yol çəkirəm.
    Kədər adlı zəhrimarı ciyərimə bol çəkir...
    Bitməz həyat, gəlməz ölüm.


    Kipriyimlə qor götürüb,
    Həsrət dolu baxışımla taleyimə yol çəkirəm.
    Kədər adlı zəhrimarı ciyərimə bol çəkirəm.
    Qədərimlə barışırıam, itaətə qol çəkirəm

    Bu nə həyat, bu nə zülüm,
    Bitməz həyat, gəlməz ölüm.

    Qınayanlar bu həyatda, hansı dərdə şərik oldu?
    Gül baxçamda çiçək əkdim, tikan bitdi, qönçəm soldu.
    Acılara sinə gərdim, gözümdən çox bağrım doldu,

    Bu nə həyat, bu nə zülüm,
    Bitməz həyat, gəlməz ölüm.

    Gzöümdən yaş sel-su kimi axan zaman,
    Silmədi ki, bu yaşları bir tək insan,
    Bəzən bezib, bu dərdlərə etdim üsyan,
    Ha cağırdım, ha bağırdım, çıxmadı ki, səsim-ünüm.

    Bu nə həyat, bu nə zülüm,
    Bitməz həyat, gəlməz ölüm.

    Üfüqlərə can ataraq, bu dərdlərə şirin dedim,
    Günəşimi gözləyirəm, səhərlərdi biri dedim,
    Yay günündə qar yağdırıb, bəxtimə afərin dedim.

    Bu nə həyat, bu nə zülüm,
    Bitməz həyat, gəlməz ölüm.

    Mən hələ də yürüyürəm, bir üzüm ağ, biri qara,
    Hardan bilim bu cahanın sonu gedib çıxır hara?
    Güc almışam imanımnan, gücüm çatar buludlara,
    Dərdlərimi nərdivan tək ayağıma sərim dedim.

    Bitmə həyat, gəlmə ölüm.
    Hələ çoxdur bu dünyada işıq dolu ömür-günüm,
    Hələ çoxdur bu dünyada sevgi dolu ömür-günüm,
    Bitmə həyat, gəlmə ölüm.
  • Bitməz həyat gəlməz ölüm... şiir şiir tadında şarkı müzik
daha fazla göster daha az göster

    Yorumlar (0)
Sitemizden en iyi şekilde faydalanabilmeniz için çerezler kullanılmaktadır. Sitemize erişerek çerez kullanımını kabul etmiş sayılıyorsunuz.
Çerez PolitikasıKabul Et ve Kapat